"Emporium"un sahibinə yazılan inzibati protokola baxılacaq tarix açıqlandı

 
29-11-2024, 12:18            98 dəfə baxılıb
"Sinteks" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
 
Pravda.az-ın xəbərinə görə, sənədə Səbail Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın sədrliyi ilə dekabrın 11-də baxılacaq.
 
Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
 
Qeyd: 1996-cı ildə yaradılan və nizamnamə kapitalı 63 399 955 AZN olan şirkətin qanuni təmsilçisi Sənan Firudin oğlu Axundovdur. MMC Qafqaz və Mərkəzi Asiyada ən böyük pərakəndə satış şirkətlərindən biridir, dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir. "Sinteks" kişi və qadın geyimlərinin, zərgərlik brendlərinin, kütləvi makiyaj və bədənə qulluq məhsullarının, ətirlərin və dizayner ev əşyalarının satışı ilə məşğul olan "Emporium" mağazasının da sahibidir. 



Xəbəri paylaş


 
 


Xəbər lenti