"Pakdad" restoranlar şəbəkəsinin sahibi ilə bağlı qərar çıxarıldı

 
29-11-2024, 12:24            104 dəfə baxılıb
Nəsimi Rayon Məhkəməsində "Pakdad" restoranlar şəbəkəsinin sahibi "Shazeli Group" MMC-yə yazılan inzibati protokola baxılıb.
 
Pravda.az-ın xəbərinə görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, şirkət cərimələnib.
 
Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 445.1-ci (Qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir) maddəsi əsasında tərtib olunub.
 



Xəbəri paylaş


 
 


Xəbər lenti