Qarabağdakı separatçılar Laçın, Zabux və Sos üçün “mübarizəyə” hazırlaşır
13-07-2022, 12:38 73 dəfə baxılıb
Qarabağdakı separatçıların bir qismi yeni Laçın yolu çəkildikdən sonra Laçın şəhəri, Zabux qəsəbəsi və Sos kəndinin əllərindən çıxmasından ciddi narahat olmağa başlayıblar.
"Əyalətmedia.az" JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, uzun müddətdir bununla bağlı gedən müzakirələrdən sonra həmin qism belə qərar gəlib ki, Azərbaycana qarşı “mübarizə” aparsınlar.
Xankəndidə mənzillənmiş və qeyri-qanuni fəaliyyət göstərən “Ardarutyun” adlı “partiya”nın nümayəndələri bir araya gələrək, Ermənistanla Qarabağı birləşdirən yeni yolun məsələsini müzakirə ediblər. Separatçılar baş verənlərdən ciddi narahat olduqlarını deyiblər. Üstəlik, bəyanat qəbul ediblər ki, yeni yol istifadəyə verildikdən sonra Azərbaycana qaytarılacaq Laçın şəhəri, Zabux qəsəbəsi və Sos kəndi uğrunda “sonadək mübarizə” aparacaqlar.
P.S. Burda bir el məsəli yada düşür: “Alış nəylə?”

Xəbəri paylaş