“Atena” cərimələndi – SƏBƏB
4-12-2024, 12:10 129 dəfə baxılıb
Azərbaycanın məşhur süd və süd məhsulları istehsalçısı olan “Atena Qrup” QSC-yə cərimə protokolu yazılıb.
Tribunainfo.az xəbər verir ki, “Atena”nın İnzibati Xətalar Məcəlləsininidarəçilik qaydaları əleyhinə olan 548.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
“Atena Qrup” QSC ilə bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 12 dekabr tarixində hakim Gültəkin Əsədovanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Atena Qrup” QSC 2011-ci ildən fəaliyyətə başlayıb. Dünya bazarına “Made in Azerbaijan” brendi kimi çıxıb. “Atena”nın baş icraçı direktoru Emin Rəhimovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.

Xəbəri paylaş