Fərhad Qəribovun qardaşı oğlu vəzifəsindən azad edildi
16-12-2024, 11:41 89 dəfə baxılıb
Sabiq deputat Fərhad Qəribovun qardaşı oğlu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) katibi – maliyyə şöbəsinin müdiri Qalib Qəribov vəzifəsindən azad edilib.
Pravda.az-ın xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Q.Qəribov əsas şöbələrdən birinin müdiri kimi keçmiş sədr Səttar Möhbalıyevin "sağ əli" hesab olunurdu.
Xatırlatma: 2024-cü ilin avqustunda Səttar Möhbalıyev AHİK-in sədri vəzifəsindən istefa verib. Həmin vəzifəyə iqtisadiyyat nazirinin keçmiş müavini Sahib Məmmədov seçilib. Daha sonra S.Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva AHİK-in Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən, qızı Lalə Möhbalıyeva Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin katibi vəzifəsindən azad ediliblər. Eləcə də, qurumun tabeliyindəki bəzi təşkilatların rəhbərləri istefaya göndəriliblər. Bundan başqa, AHİK-in 11 avtomobili keçmiş sədrin qohumlarından geri alınıb.

Xəbəri paylaş