Sosial Xidmətlər Agentliyi avtobuslar alır - 720 min xərcələyəcək

 
16-12-2024, 12:01            76 dəfə baxılıb
"Sosial Xidmətlər Agentliyi" publik hüquqi şəxsi xidməti avtobuslar alır.
 
Pravda.az-ın xəbərinə görə, Agentlik avtobusların alınmasına 720 min AZN xərcələyəcək. 
 
Qurum artıq "Azərmaş Park" MMC ilə müqavilə bağlayıb. 
 

Qeyd: “Azərmaş Park” MMC-nin Nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Hüseynov Anar Adil oğludur. “Azərmaş” ASC-nin İdarə heyətinin sədri isə Emin Axundovdur. Bu şirkətə bir neçə şirkət, o cümlədən "Azərmaş Park" daxildir. Bir müddət əvvəl, E.Axundov ölümlə hədələnib. Onu və yaxınlarını ölümlə hədələyərək 100 min manat tələb etməkdə ittiham olunan Əhməd Əhmədova 12 il həbs cəzası verilib.



Xəbəri paylaş


 
 


Xəbər lenti