Bakıda 900 minlik mənimsəmədə ittiham olunan şəxsdən xəbər var
17-12-2024, 12:41 67 dəfə baxılıb
Hədə-qorxu ilə tələb etmə və dələduzluqda təqsirləndirilən iş adamı Cavad Şeydayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək prosesdə dekabrın 18-nə təyin edilib.
Şikayət hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.
Xatırlatma: Bakı Apellyasiya Məhkəməsi C.Şeydayev barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 182-ci maddə (Hədə-qorxu ilə tələb etmə) üzrə bəraət hökmünü ləğv edib. Məhkəmə C.Şeydayevin Cinayət Məcəlləsinin 178.3.2-ci və 182.3.2-ci maddələri üzrə təqsirli bilinməsinə hökm verib. Onun barəsindəki 7 il həbs cəzası ləğv edilib və yeni hökmlə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Ali Məhkəmədə işə baxılarkən onun kassasiya şikayətini geri götürdüyü bildirilib.
Qeyd: Bir neçə il əvvəl 1982-ci il təvəllüdlü C.Şeydayev özünə məxsus olan “Pendik Şifa Bakı İstanbul” Tibb Mərkəzini Əziz Quliyev adlı şəxsə satıb. Əziz pulun bir hissəsini versə də, xeyli miqdarda borcu qalıb. Daha sonra tərəflər Əzizə məxsus olan “İstanbul NS” klinikasına şərikliklə bağlı razılaşıblar. Lakin mübahisəli vəziyyət davam edib.
Külli miqdarda dələduzluq, hədə-qorxu ilə tələbetmə kimi əməllərdə suçlanan Cavad Şeydayev deyib ki, özü cinayətin qurbanı olub. O iddia edib ki, əsas səbəbkar da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin yaxın adamı olduğunu iddia edən Əziz Quliyevdir.
Cinayət işinin materiallarında yazılıb ki, Şeydayev Quliyevin etibarından sui-istifadə edərək aldadıb, 919 min manatını qaytarmayıb. Təqsirləndirilən şəxs isə iddia edib ki, əksinə, adıçəkilən şəxsin ona borcu qalıb. Amma şəxsi əlaqələrindən istifadə edib, işin onun əleyhinə çevrilməsinə nail olub.

Xəbəri paylaş