Nazirlik “Xaçmaz-Şərab” ASC-ni məhkəməyə verdi

 
17-12-2024, 13:02           
“Xaçmaz-Şərab” ASC ilə bağlı məhkəməyə müraciət edilib.
Tribunainfo.az xəbər verir ki, “Xaçmaz-Şərab”la bağlı iddianı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qaldırıb. İşin mahiyyəti müqavilələrin bağlanmasıdır.
ASC ilə bağlı iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilib. Gələn ilin 21 yanvar tarixində hakim İslam Əliyevin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən “Xaçmaz-Şərab” ASC-nin sədri Əbülfət Məmmədovdur.
Tərəfləri dinləməyə hazırıq.



Xəbəri paylaş


 
 


Xəbər lenti