171 vətəndaşın 217 min manatını ələ keçirən şirkət rəhbərlərinin məhkəməsi başladı

 
17-12-2024, 13:48            85 dəfə baxılıb
Avropada işə düzəltmək adı ilə 171 nəfərin külli miqdarda pulunu ələ keçirən Sevinc Əliyeva və Kamil Curayevin Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
"Unikal"ın məlumatına görə, məhkəmə də müəyyən edilib ki,  təqsirləndirilən şəxs Sevinc xanım ailə qurduğu üçün soyadını Əliyevaya dəyişib. Bunu dəqiqləşdirmək məqsədi ilə məhkəmə prosesi 7 yanvar tarixinə kimi təxirə salınıb. 
"Recent Group” və “Area Alfa Group” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz yollarla vətəndaşların pulunu ələ keçirmələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaqla həmin Cəmiyyətlərin direktorları olmuş Əliyeva Sevinc Bayram qızı və Curayev Kamil Camalxan oğlunun cinayət əlaqəsinə girərək çoxsaylı şəxslərə müxtəlif Avropa ölkələrində işlə təmin olunmaları, həmçinin saxta müqavilələr hazırlamaq yolu ilə onlara iş vizasının alınmasına kömək edəcəklərinə dair vəd etməklə 171 nəfərin ümumilikdə 217 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Sevinc Əliyeva və Kamil Curayevə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə Kamil Curayev barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Sevinc Əliyeva  barəsində isə maddi ziyandan 46 nəfərə 55 min 700 manat ödəməsi və himayəsində azyaşlı uşağının olması nəzərə alınaraq polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.



Xəbəri paylaş


 
 


Xəbər lenti