Rektorun yer dəyişdirən UZUN ƏLLƏRİ... - İLGİNC İDDİALAR
18-12-2024, 11:27 92 dəfə baxılıb
"Azərbaycan Dillər Universitetinin rektoru, tanınmış “hermenevt”, cadugərlik fəaliyyətinin də daxil olduğu ezoterika elminin Azərbaycanda ən görkəmli nümayəndəsi, məşhur diplom alverçisi, ölkənin ən adlı-sanlı rüşvətxoru, elm və ədəbi-bədii fikir oğrusu, plagiator, mahir talançı, “siyasi repressiya qurbanı”, “dissident” və bir çox başqa “yüksək titul”ların sahibi Kamal Abdullayev, bəni-adəm kimi, əyriliyindən, düzlüyündən asılı olmayaraq iki ələ-qola sahibdir. Amma onun əl-qolunun metaforik daşıyıcıları da vardır. Onlardan birinin Kamal Abdullayevin köməkçisi Coşqun Dadaşov olduğunu oxucularım artıq çoxdan bilir. Əvvəllər Coşqun Dadaşov onun sağ əli kimi tanınırdı. Lakin başqa məharətləri kimi, Kamal Abdullayevin bəni-adəmdən fərqli olaraq öz əl-qollarının yerini dəyişdirmək qabiliyyəti də olduğundan əvvəllər onun sol əli kimi tanınmış, indi Filologiya fakültəsinin dekanı vəzifəsini tutan Həmidə Əliyevanı indi o, sağa keçirib. Ştamplanmış dissertasiyasının taleyi hələ qaranlıq olan Coşqun Dadaşov isə hələlik sola atılıb. Qayıdaq yeni sağ ələ". "DİA-AZ" bildirir ki, bu ironik yanaşmanın müəllifi xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyevdir.
O daha sonra bunları əlavə edib: "Həmidə Əliyeva tərcümeyi-halında 2019-2020-ci illərdə ADU-da elmi katib vəsifəsini tutduğunu göstərir. Lakin o, 2016-2020-ci illərdə ADU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının elmi katibi vəzifəsini tutduğunu göstərməyi nədənsə unudub. “Qulaq” informasiya agentliyi belə bir məlumat əldə edib ki, məharətinə görə Kamal Abdullayevdən o qədər də geri qalmayan bu elmi katib dissertant və doktorantlardan onları müdafiəyə buraxdırmağa guya icazə almaq (2019-cu ilə qədər doktorant və ya dissertantın müdafiəyə buraxılması üçün AAK-dən icazə alınması tələb olunurdu), həmçinin müdafiəyə növbədən kənar buraxmaq üçün AAK-nin adından istifadə edərək 500 manat məbləğ müəyyənləşdiribmiş. Dissertant və doktorantların Agentliyin müxbirinə bildirdiyinə görə, onlar işlərinin qəsdən dolaşdırılmaması üçün məcbur qalaraq elmi katibə bu məbləği ödəyirmişlər. AAK-nin rəhbərliyində baş vermis dəyişiklikdən, burada aparılmış islahatlardan sonra isə icazə alınması işini davam etdirmək mümkün olmadığından ümid doktorant və dissertantları müdafiəyə növbədən kənar buraxmağa görə alınan “şirinliyə” qalıb, çünki bu, müəssisənin daxilində edilir və müəyyən qədər nəzarətdən kənarda qala bilirdi. Lakin gözlənilmədən bir bəla gəlib – yaramaz pandemiya ortaya çıxıb və Həmidə Əliyevanın büdcəsinə xeyli ziyan vurub. Sonra dərd üstündən daha bir dərd gəlib. Kamal Abdullayev Həmidə Əliyevanın ona bildirmədiyi və təkbaşına faydalandığı bu gəlir mənbəyindən xəbər tutub və 2020-ci ildə onu vəzifəsindən azad edib. Rektor işlədiyi üç il ərzində özünün itirdiyi həmin pullara görə Kamal Abdullayev hətta Həmidə Əliyevanı məhkəmə ilə hədələyib. Sonradan onlar arasında Agentliyin öyrənə bilmədiyi hansısa anlaşma əldə olunub və iş sülh ilə yekunlaşıb.
Həmidə Əliyeva 2017-ci ildə “Qərbi Avropa ədəbiyyatında Yaxın Şərq mövzusu (epik poeziya materialları əsasında)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Həmin dövrdə dissertasiya müdafiə etmək üçün iddiaçı qarşısında xarici impakt faktorlu jurnallarda məqalə çap etdirmək tələbi qoyulurdu. Həmidə Əliyeva isə bu müşkül məsələnin məqalə çap etdirməkdən yan keçən həll yolunu tapıb və işini rahatlıqla həll edib – sadəcə avtoreferatında məqlənin çapda olduğunu göstərməklə: The comparative typology of the Heroic Figures in the Ancient Sumerian and Anglo-Saxon Epics // Multilinqua / Journal of Cross-Cultural and Interlanguage Communication (Thomson Reuters), 2017, Vol. 36 (çapdadır). Tənbəllik etməyib jurnalın həmin 36-cı cildinin bütün 6 nömrəsini araşdırdım. Lakin Həmidə Əliyevanın məqaləsi tapılmadı. Sonra məqalənin adını axtarışa verdim. Axtarış mənbə kimi onun tərcümeyi-halını göstərdi. Bu isə o deməkdir ki, Həmidə Əliyeva 2017-ci ildə ya AAK ilə “dil tapıb”, ya da hamını ustalıqla aldadıb. Buradan belə nəticə çıxır ki, Həmidə Əliyevə saxtakarlıq edib. Beləliklə, ona elmlər doktoru alimlik dərəcəsi verilməsini göstərən diplom da saxtadır. Bu səbədən Ali Attestasiya Komissiyasını Həmidə Əliyevanın müdafiəsi ilə bağlı məsələni araşdırmağa çağırıram.
İndi Həmidə Əliyeva tez bir zamanda professor adı almaq istəyir. Bu məqsədlə o, monoqrafiya, yaxud dərslik və tələb olunan sayda və yerlərdə məqalələr çap etdirməkdənsə, 5 fəlsəfə doktoru hazırlamağa üstünlük verir. Ona görə də o, dissertasiya ştamplayan sexi tam gücü ilə işə salıb. Coşqun Dadaşovun taleyi hələ qaranlıq olan disssertasiyası da həmin sexin istehsal etdiyi məhsuldur. Bu günlərdə Həmidə Əliyevanın daha bir doktorantı rus dilindən tərcümələrdən ştamplanmış dissertasiyasını “uğurla” müdafiə etdi. “Bir gülləyə iki quş vurmaq” buna deyirlər. Bütün bunları müəyyənləşdirmək “2+2” hesab əməlini etmək qədər asandır.
Həmidə Əliyeva Kamal Abdullayevin pula həris yeganə dekanı deyildir. Kamal Abdillayev əvvəllər rüşvətə görə dekan vəzifəsindən uzaqlaşdırılmış daha bir nəfəri taparaq “fərasət”inə görə yenidən dekan vəzifəsinə gətirmişdir (bu, ayrıca bir yazının mövzusudur).
Bəli, Kamal Abdullayev belə dekanlarla, rüşvət alıb rektorun payını vaxtında çatdıran kafedra müdirləri ilə işləməyə üstünlük verir. Bu, onun iş üslubudur..."

Xəbəri paylaş