Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılmasını həyata keçirəcək şirkətin 25.5 min vergi borcu var

 
19-12-2024, 13:07            81 dəfə baxılıb
Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılmasına 12 milyon vəsait xərclənəcək.
 
Pravda.az-ın xəbərinə görə, işlər "Teymur-M" MMC həyata keçirəcək.
 
"Tikilməkdə olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi MMC-yə 11 843 596 AZN köçürməyi planlaşdırır.
 
Qeyd: Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Saday Rəhim oğlu Vəliyevdir. MMC-nin dövlətə 25 651 AZN borcu var.



Xəbəri paylaş


 
 


Xəbər lenti