Körpələr evindən oğurluqda ittiham olunan keçmiş baş həkim DSX hospitalında İŞƏ DÜZƏLİB?
19-12-2024, 14:40 85 dəfə baxılıb
Ötən gün mətbuatda Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evinin baş həkimi işləmiş və körpələr evindən ərzaq oğurluğu ilə bağlı ittiham olunan Nəhayət Əliyevanın Dövlət Sərhəd Xidmətinin (DSX) Hərbi Hospitalında işə başlaması ilə bağlı məlumat yayılıb.
Məlumatda Nəhayət Əliyevanın bacısı Yeganə Əliyevanın DSX Hərbi Hospitalının Ginekologiya Şöbəsinin rəisi olması vurğulanıb.
Məsələ ilə bağlı DSX-yə sorğu ünvanladıq. Xidmətdən Oxu.Az-ın sorğusuna cavab olaraq yayılan məlumatın əsassız olduğu bildirilib.
"Nəhayət Əliyeva adında şəxs DSX-nin sistemində yoxdur və Hərbi Hospitalda işləmir", - deyə rəsmi açıqlamada bildirilib.

Xəbəri paylaş