'Kargolux' müştərilərə problem yaradır
24-12-2024, 11:20 105 dəfə baxılıb
Referans.az xəbər verir ki, sosial şəbəkələrdən birində vətəndaşlardan biri Kargolux adlı çatdırılma şirkətindən şikayətçi olduğunu yazıb. Vətəndaş şikayətində bildirir ki, sözügedən şirkət tərəfindən ona qarşı hörmətsizlik edilib.
Vətəndaşın şikayətini olduğu kimi sizə təqdim edirik:
"Salam. Şikayətim Kargolux şirkətindəndir. Mən bu şirkətlə çoxdan heç bir daşınma etmirəm. Çünki işçiləri falan çox savadsız və məsuliyyətsiz insanlardır. Bu dəfə birbaşa çatdırılmada məndən bağımsız, təəssüf ki, bağlamamı bu şirkət çatdırmalı oldu. Kuryer əvvəl yığdı məni, yuxulu kimi, ağzından söz tökülə-tökülə bağlamanızın birazdan çatdıracam dedi.
Əraziyə yaxın olduğunu qeyd etdi. 1 saatdan biraz çox vaxt keçmişdi ki, kuryeri yığdım nömrə ilə. Bildirdi ki, hələ başqa sifarişləri çatdırır və mənim olduğum ərazidən daha uzaq əraziyə getdiyini bildirir.Mən də normal olaraq iradımı bildirdim ki, mən daha yaxınam axı. Həm də, evdən çıxmalıyam, heç olmasa, saat deyin, nə qədər vaxta çatdıracaqsız.
Elə bu vaxt balansım bitdi. Kuryer məni whatsapp-la yığdı. Artıq başladı, qışqıra-qışqıra danışmağa. Mən də mədəni formada özünü təqdim etməsini bildirdim. Adını dedi, amma bu dəfə başladı, söyüşlə çığıraraq danışmağa və bağlamamı çatdırmayacağını dedi. Dəstəyi asdı. Mən də şirkətin instagramına yazdım və daha da artıq şok oldum. Sizə yazışmaları təqdim edirəm.
Bu necə müştəri xidmətidir? Bu necə savadsızlıq və mədəniyyətsizlikdir? Kuryer elə indicə yığıb üzr istədi. Lakin şirkətin rəftarı göz önündədir. Sonda da mesaj cavabsız qaldı. Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası rəsmi fb səhifəsi yoxdur. Amma niyə belə şirkətlərə lisenziya verirlər anlamıram. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti üstünü bağladıqlarım kuryerin və ünvan məlumatlarıdır.

Xəbəri paylaş