Hacıqabulda köhnə rəhbərliyin yeyintisini TƏZƏ RƏHBƏRLİK ÖRT-BASDIR EDİR?

 
Bu gün, 10:57            102 dəfə baxılıb
"Mən Şıxaliyev Bəhlul Saleh oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul oluram Hacıqabul rayon Qarasu kəndində lakin DAİM-in müdürü Ariz Abuzərov və kəndimizdə yaşayan Abdullayev Qabil SİBİ-nin direktoru mənim əkdiyim taxıl sahəsinə qəsdən su verməyiblər ki, nəticədə də taxıl sahəm susuzluqdan yanaraq məhv olub". "DİA-AZ" xəbər verir ki, bu barədə narazılıq edən vətəndaş Prezidentə müraciət edərək ölkə rəhbərliyindən kömək istəyir.

Qeyd edək ki, Hacıqabulda icra başçısı dəyişikliyi baş versə də (hazırda rayona Sevindik Hətəmov başçılıq edir -red.), sahibkarın problemi hələ də həllini tapmayıb ki, bunu da o hələ də köhnə rəhbərliyin rayonda meydan sulaması, əlinin güclü olması ilə əlaqələndirir.

Şikayət dolu müraciətdə deyilir: "Nəticədə mənə külli miqdarda maddi ziyan dəyib. Aidiyyatı orqanlara müraciət etsəm də belə, bu günə qədər hələ ki bir nəticə olmayıb.

Çünki adlarını çəkdiyim bu şəxsləri rayon icra hakimiyyətinin başçısının köməkçisi müdafiə edib və bu günə qədər də müdafiə olunurlar.

Ona görə ki burda çox böyük yeyinti var və təbbi ki bunlar öz xeyrinə bütün problemləri həll edəcəklər. Bir sözlə... Hacıqabul rayonununda güclü maxinasiyalar var və mənim əlimdə subutum da var...

Amma maləsəf, məni heç kəs dinləmir ki, mən bütün bu olanları sübut edim..."

Qeyd edək ki, narazı vətəndaş əlavə ittihamlar da səsləndirib. Bu barədə növbəti yazıda. Hər halda gərəkən qurumlar ən azından narazıl tərəfi dinləməlidirlər ki, iddia olunan BÖYÜK YEYİNTİ ittihamlarında dövlətin maraqları təmin olunsun...

Məsələ diqqətimizdədir. Bizi izləməyə davam edin...









Xəbəri paylaş


 
 


Xəbər lenti