Binəqədi rayonunda qanunsuz tikintiyə kim nəzarət edir?

 
21-01-2025, 11:02            124 dəfə baxılıb
Binəqədi rayonu 9-cu mikrarayon Adil Məmmədov küçəsində qanunsuz tikinti ilə bağlı DOSYE.ORG-a məlumatlar daxil olub.
Belə ki, göstərilən ünvanda açıq-aydın qanunsuz tikintinin getdiyi və ağacların məhv edildiyi görünür. Ehtimallara görə həmən tikintinin heç bir qanuni sənədi yoxdur.
Digər tərəfdən nəzərinizə çatdıraq ki, Ekologiya və Təbii Sərvətlər Naziliyi tərəfindən məhv edilmiş ağaclarla bağlı akt tərtib olunmuş, obiyektin sahibi isə cərmələnmişdir. Lakin cərmənin məbləği o qədər aşağıdır ki, təbiətə qənim kəsilənlər asan yollarla məsüliyyətdən yayına bilir. Ümumiyyətlə Binəqədi rayonunda qanunsuz fərdi evlərin tikintisi də sürətlə davam edir.
Məlumatlara görə, qanunsuz tikintiyə nəzarət edən Tahir adlı şəxsdir. Kürsülü evin tikintisi 4-5 min manat, iki mərtəbəli evin tikintisi isə 9-10 min manat aralığında “qiymətləndirilir”. Göstərilən məbləğ tək rayon icra hakimiyyətin “şapkasıdır”.
Araşdırmalarımız davam edir
 







Xəbəri paylaş


 
 


Xəbər lenti