Binəqədidə Aboyev adına istirahət parkında obiyektə çıxarış verilir? ÖZBAŞINALIQ

 
27-01-2025, 21:42            86 dəfə baxılıb
Ötən gün saytımızda “Parkın ərazisində obiyektə çıxarış verilir?- Binəqədidə QANUNSUZLUQ” başlıqlı məqalə dərc edilmişdir.
DOSYE.ORG olaraq bildirmək istəyirik ki, məsələ ilə bağlı aidiyyəti qurumlar tam məlumatlandırıldı. Əgər bundan sonra həmən ərazidə fəaliyyət göstərən obiyektə çıxarış veriləcəksə, məsüliyyət bir başa Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, eyni zaman da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzərinə götürməlidir. Qanunla nəzərdə tutulan ümumi ərazidə fəaliyyət göstərən obiyektə çıxarış verilmir.
Əldə etdiyimiz məlumatlara görə, obiyekt sahibi ötən il may ayından dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəsmi müraciət etsədə adı hallanan qurumlar tərəfindən etiraz edilib. Yəni, parkın ərazisi olduğu üçün obiyektə çıxarışın verilməsi tam qanun pozuntusudur. Əks təqdirdə çıxarış verən orqan rəhbərliyi vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol vermiş olur.
Onu da nəzərinizə çatdıraq ki, məsələ tam nəzarətimizdədir və əgər obiyekt rüşvət müqabilində çıxarışa sahib olacaqsa, bir başa Baş Prokurorluğuna rəsmi məktub ünvanlanacaq.
Xatırladaq ki, Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsi, Z. Qəmbərov küçəsində inşa edildiyi sahibkarlıq obiyektinin qanunsuz yollarla sənədləşməsi müşahidə olunur.
Mövzü diqqətimizdədir.
 








Xəbəri paylaş


 
 


Xəbər lenti