“Azərsu” sədrinin birinci müavini vətəndaşları qəbul etdi

 
15-07-2022, 13:31           
“Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Şəmkirdə vətəndaşları qəbul edib.
"Əyalətmedia.az" xəbər verir ki, qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarından və Gəncə şəhərindən 47 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.
“Azərsu” ASC sədrinin birinci müavini T. Cabbarov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırmaya ehtiyacı olan müraciətlər nəzarətə götürülüb.





Xəbəri paylaş


 
 


Xəbər lenti