İcra başçısı “bir sıra işlərin görülməsi” üçün yarım milyondan çox xərcləmək istədi, Dövlət Xidməti imkan vermədi
5-02-2025, 10:03
Ağdaş Rayon İcra Hakimiyyətinin Ağdaş rayon küçələrində bir sıra işlərin görülməsi ilə bağlı elan etdiyi tender ləğv olunub.Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Ləğvetmənin səbəbi açıqlanmayıb.
Tenderin ümumi məbləği 569 641 AZN olub.
Qeyd: Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadədir.
Xəbəri paylaş



























