“Coca-cola” daşıyan şirkət buna görə cərimələnəcək

 
Bu gün, 13:03            105 dəfə baxılıb
“Coca-cola” şirkətinin paylama işlərini həyata keçirən “Vtek” MMC yükdaşıma-çatdırılma şirkəti ilə bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, “Vtek”in İnzibati Xətalar Məcəlləsinin maliyyə və sığorta qaydaları əleyhinə olan 469.3-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə, fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
“Vtek” MMC ilə bağlı işə 6 fevral tarixində Binəqədi rayon Məhkəməsində baxılacaq. İş hakim Aynurə Sadıqovanın icraatındadır.
Qarşı tərəfi dinləməyə hazırıq.



Xəbəri paylaş


 
 


Xəbər lenti