Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ
6-02-2025, 12:04
Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qumar oyunlarının qanunsuz təşkilinə qarşı genişmiqyaslı əməliyyat keçirib. Əməliyyat nəticəsində ölkədə "qumar kralı" kimi tanınan Yusif Baqiyev (Şəkili) saxlanılıb.Ajans.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Yusif Baqiyev Bakıda fəaliyyət göstərən bir neçə məşhur restoranın, o cümlədən "Medalyon" və "Nuxa" restoranlarının sahibidir.
Qeyd edək ki, ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.
Xəbəri paylaş



























