Azərbaycanda vəzifəli şəxs işdən azad edildiİ - FOTO



Əyalətmedia.az xəbər verir ki, "Referans"ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Viladi Maniyev şirkət sahibinin qərarı ilə vəzifədən kənarlaşdırılıb.
Qeyd edək ki, Viladi Maniyev bu vəzifəyə 2020-ci ilin martında təyin edilib. O eyni zamanda AFB Bankın sahiblərinə məxsus olan Azsığorta şirkətinin direktorlar şurasının sədridir. Mənbənin verdiyi məlumata görə Maniyevin bu vəzifədən də çıxarılacağı gözlənilir. Buna səbəb isə Azsığortaya təyin olunduğu 2016-cı ildən sonra şirkətin xeyli geriləməsidir. Belə ki, 2016-cı ildə 23 mln. manat sığorta yığımı ilə qeyri-həyat sığorta şirkətləri arasında ilk 4-lükdə qərarlaşan Azsığorta 2024-cü ildə 9 mln. manat yığımla son 3-lükdə qərarlaşıb.
Əsas məqamlardan biri isə Azsığorta şirkətinin kiçilməsi ilə əlaqədardır. Sözügedən şirkətin nizamnamə kapitalı 2022-ci ildə 6.293.000 manat azalaraq 20.300.000 manatdan 14.007.000 manata enib.
Xatırladırıq ki, Viladi Maniyev 2019-cu ildə mətbuatda 16285 manat aylıq maaş alması ilə gündəmə gəlmişdi.
Xəbəri paylaş