Nazir Goranboyda izi itirilən şirkət maşını ilə bağlı göstəriş verdi – GƏNCƏ POLİSİ HƏRƏKƏTƏ KEÇDİ

“Hörmətli cənab nazir Vilayət Eyvazovun qəbulunda oldum. Məni səbrlə dinlədi, şirkətimizə məxsus maşının ələ keçirilməsi ilə bağlı müvafiq araşdırmaların aparılması və nəticəsi barədə ona məruzə edilməsini tapşırdı. Dərhal sonra Gəncə Şəhər Polis İdarəsinə dəvət olundum.
İnanıram ki, cənab nazirin tapşırığından sonra tam və hərtərəfli qaydada araşdırılma aparılacaq, şirkətə məxsus olan, ələ keçirilən nəqliyyat vasitəsi bizə qaytarılacaq”.
Bu sözləri Musavat.com-a “Fitstar Herbal Products” MMC-nin direktoru Firdovsi Vəliyev deyib.
O, keçmiş əməkdaşının MMC-yə məxsus “Mercedes-Benz” markalı, Az 77 AE 649 dövlət nömrə nişanlı avtomobili yoxa çıxarmasından sonra çoxsaylı şikayətlər etdiyini, lakin aparılan araşdırmaların nəticəsiz olduğunu qeyd edib:
“Daxili işlər naziri Vilayət Eyvazovun bu işi nəzarətə götürməsinin nəhayət ki, şirkətimizə məxsus “Mercedes-Benz” markalı, Az 77 AE 649 nömrə nişanlı avtomobilin tapılaraq geri qaytarılmasına yol açacağına inanıram. Şirkətə məxsus nəqliyyat vasitəsinin aşkarlanması, onu gizlədən şəxsin cəzalandırılması üçün təcili tədbirlər görüləcəyinə inamım var”.
Firdovsi Vəliyev bildirib ki, direktoru olduğu şirkətin balansında olan nəqliyyat vasitəsi Goranboy rayon sakini Xəyyam Nəriman oğlu Rəhimov tərəfindən ələ keçirilib – faktiki olaraq oğurlanıb:
“Xəyyam Rəhimov şirkətə məxsus avtomobili saxta dövlət nömrə nişanı – Az 20 EU 594 nömrə bağlamaqla idarə edir. Sonuncu dəfə avtomobili 1 il əvvəl, 2024-cü ilin yanvarında Gəncə DYP əməkdaşları Xəyyam Rəhimov tərəfindən bu nömrə nişanı ilə idarə olunarkən saxlayıb.
Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Hüseynalı Məhərrəmov avtomobilə hal şahidlərinin müstəqil ekspertin iştirakı ilə baxış keçirib. Baxış zamanı müəyyən olunub ki, Xəyyam Rəhimov şirkətə məxsus “Mercedes-Benz” markalı, Az 77 AE 649 dövlət nömrə nişanlı avtomobilə saxta dövlət nömrə nişanı – Az 20 EU 594 nömrə bağlamaqla idarə edir”.
Cinayətə bərabər saxtakarlıq aşkar olunması ilkin baxış protokolunda qeyd olunub. Saxtakarlıq üzə çıxandan sonra təhqiqatçı Hüseynalı Məhərrəmov məhkəmə ekspertizası təyin edib.
Təhqiqatçı ekspertin avtomobilə baxışı zamanı Firdovsi Vəliyevin iştirakını təmin etməyib:
“Baxmayaraq ki, bunu ondan dönə-dönə xahiş edirdim. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Ayaz mənim iştirakım olmadan avtomobilə baxış keçirib və saxta rəy verib. Mən əminliklə deyirəm ki, bu rəy saxtalaşdırılıb. Nəticədə “Mercedes-Benz” markalı, Az 77 AE 649 dövlət nömrə nişanlı avtomobilin geri qaytarılmasını təmin olunmadı”.
Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.

Xəbəri paylaş