Əfqan Cəlilov Taleh Ziyadova qarşı – Məhkəmə
13-02-2025, 12:00
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məhkəməyə verilib.Tribunainfo.az xəbər verir ki, QSC ilə bağlı iddianı “Dövlət Dəniz və Liman Agentliyi” qaldırıb. İşin mahiyyəti açıqlanmır. İş Bakı Kommersiya Məhkəməsində baxılacaq. 4 mart tarixində hakim Nərmin Əhmədovanın sədrliyi ilə hazırlıq iclası baş tutacaq.
Qeyd edək ki, məhkəməyə verilən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş Direktoru Ziyadov Taleh Məhəmməd oğludur.
İddianı qaldıran “Dövlət Dəniz və Liman Agentliyi”nin İdarə Heyətinin sədri vəzifəsini icra edən şəxs isə Əfqan Cəlilovdur.
Tərəfləri dinləməyə hazırıq.
Xəbəri paylaş



























