Aybəniz İsmayılova AzTV-nin xanım jurnalistini AYNA-ya gətirmək istəyirmiş? - QALMAQAL



Ayalatmedia.az xəbər verir kli, bununla bağlı Demokrat.az-a məlumat daxil olub.
Məlumatlarda iddia olunur ki, Aybəniz İsmayılova ADY-də çalışarkən, Bəxtiyar Hacıyevin vasitəsilə "əməkdaşlıq" adı altında jurnalistlərin trolluq fəaliyyətinə cəlb olunması işinə yaxından dəstək verib. Hətta, Aybəniz İsmayılova bu işə Bəxtiyar Hacıyevin AzTV-də çalışan xanımı Nigar Etibarı da cəlb edərək, onunla da “Port Baku”da təşkil etdiyi görüşlərdə iştirak edib.
Bundan başqa, Aybəniz İsmayılova Nigar Etibara Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Multimedia Mərkəzinə rəhbər vəzifəsinə təyin etdirəcəyini vəd edib, lakin xanım jurnalist daxili yoxlanılmadan keçə bilmədiyi üçün onun AYNA-da işə düzəlməsi baş tutmayıb.
İddialarla bağlı ADY-nin media məsələləri üzrə məsul əməkdaşı Bəxtiyar Hacıyev Demokrat.az-ın informasiya sorğusuna cavab olaraq bildirib ki, barəsində qeyd edilənlər yalan və cəfəngiyyatdır:
"Bu, şəxsimə və ailəmə ünvanlanmış şantaj və böhtandır. Məlumat üçün bildirim ki, bu cəfəngiyyat dərc ediləcəyi təqdirdə şəxsən öz adımdan məhkəməyə müraciət edəcəyəm".

P.S. Bəxtiyar Hacıyevin Demokrat.az-ın əməkdaşını məhkəmə ilə hədələməsi barədə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov da məlumatlandırılıb. Onun diqqətinə çatdırılıb ki, medianın suallarının obyektiv və operativ cavablandırılması, xüsusilə dövlət vəzifəsi daşıyan şəxslər və dövlət qurumları üçün şəffaflıq və ictimaiyyətlə düzgün kommunikasiya baxımından vacibdir. Bu, cəmiyyətin məlumat alma hüququnu təmin edir və yanlış məlumatların qarşısını alır. Medianın suallarını düzgün cavablandırmaq, həm də həmin qurumlar və şəxslər haqqında ictimai rəyin formalaşmasına müsbət təsir göstərir.
Demokrat.az olaraq, biz də Bəxtiyar Hacıyevin və onun həyat yoldaşının ailə məsələsini deyil, yalnız dövlət qurumundakı fəaliyyətini gündəmə gətiririk.
Xəbəri paylaş