“Qara-Qum Holding”in 600 min manata yaxın - VERGİ BORCU VAR
19-02-2025, 13:27
“Qara-Qum Holding” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına istinadən xəbər verir.
Məlumata əsasən, “Qara-Qum Holding” MMC-nin vergi borcu 587 min 655 manatdır. Bu 1 gün əvvəlki tarixə olan məlumatdır.
Qeyd edək ki, "Qara-Qum Holding" 8 may 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 10 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Fuad Məmmədov Güləhməd oğludur.
Xəbəri paylaş



























