Şəhid atası İH-də özünə xəsarət yetirdi – Rəsmi açıqlama

 
20-02-2025, 18:57            11 dəfə baxılıb
Şəhid Elgiz Abbaslının atası Fuad Abbasov Sabirabad Rayon İcra Hakimiyyətinin binasında özünə xəsarət yetirib.
Ayalatmedia.az xəbər verir ki, bu barədə axar.az-a şəhid atasının qohumu, jurnalist Razi Abasbəyli bildirib.


Onun sözlərinə görə, insident qəbul məsələsi ilə bağlı yaranan gərginlik səbəbindən baş verib.
Fuad Abbasov hazırda xəstəxanadadır.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 1969-cu il təvəllüdlü şəxs 20 fevral 2025-ci il tarixində saat 11:50 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıb:
“Ona qarnın ön divarının çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam edir. Həkimlərin verdiyi məlumata əsasən, Fuad Abasovun vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalar aparılır”.



Xəbəri paylaş


 
 


Xəbər lenti