“Melissa Park”a xəbərdarlıq edildi – Sakinlərin hüquqları pozulub



Pravda.az-ın araşdırması nəticəsində məlum olub ki, sözügedən ünvanda “Melissa Group”a məxsus yaşayış kompleksi yerləşir. Yaşayış kompleksində yaşayan sakinlərin sözlərinə görə, söhbət “S-Line” provayderindən gedir.
Məsələ ilə bağlı “Melissa Park”la əlaqə yaratmağa çalışsaq da, suala konkret cavab verən olmayıb.
Şirkətin Azadlıq filialından isə bildirilib ki, kompleksdə faktiki üç şirkətə məxsus provayder var: “Nəyini seçə bilmirlər? Azadlıq filialında da eyni şirkətlərdir. Ola bilər, provayderin biri ilə müqavilənin vaxtı bitib. Buna görə sakinlər şikayət ediblər. Bizim üçün nə fərqi var? İstəyirik ki, işləsin, sakinlər hər hansı provayderə qoşula bilsinlər”.
Qeyd edək ki, Nizamnamə kapitalı 10 AZN olan “Melissa Şirkətlər Qrupu” MMC-nin qanuni təmsilçisi Elnur Səmədov Fizuli oğludur. MMC Bakıda yaşayış komplekslərinin tikintisini həyata keçirir. Melissa Group, “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirib. Hazırda “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrinin icrası davam etməkdədir.
Xəbəri paylaş