Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edir –TƏFƏRRÜAT



“Qala Sığorta” ASC İpoteka və Kredit Zəmanət Fondunun əməkdaşları üçün könüllü tibbi sığorta xidmətini təqdim edəcək.
Bildirilir ki, İpoteka və Kredit Zəmanət Fondu ümumilkdə 150 əməkdaşın 3 il müddətində könüllü tibbi sığorta xidməti üçün “Qala Sığorta”ya 267 min 534 manat ödəyəcək.
Açıqlanan məlumatdan da göründüyü kimi, bir əməkdaş üçün ödəniləcək tibbi sığorta haqqı 1 783 manat (bir il üçün 594 manat) olacaq.
Məlumat üçün bildirək ki, “Qala Sığorta” son 3 ay ərzində aşağıdakı dövlət qurumları ilə də əməkdaşların könüllü tibbi sığorta xidməti ilə bağlı müqavilə imzalayıb:
Aqrar Sığorta Fondu – 350 manat (bir əməkdaş üçün ödənilən sığorta haqqı);
Dövlət Neft Fondu – 920 manat;
Dövlət Dəniz və Liman Agentliyi – 290 manat;
“Baktelekom” MMC – 270 manat;
“Aztelekom” MMC – 270 manat;
Minatəmizləmə Agentliyi – 550 manat.
Qeyd edək ki, “Qala Sığorta” ASC 15 yanvar 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 milyon 17 min 788 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, ev 96-da yerləşir. ASC-nin qanuni təmsilçisi Allahverdiyev Fuad Kamran oğludur.(Yeniavaz.com)
Xəbəri paylaş