“Sirab” və “Badamlı” bahalaşdı – İstehlakçı şirkətlər səbəbi açıqlamır...
5-03-2025, 13:31
Bu gündən etibarən Azərbaycanda süfrə suyu istehsal edən məşhur şirkətlər qiymətləri bahalaşdırıb. “AzPolitika” xəbər verir ki, paytaxtdakı ticarət obyektərində “Sirab”, “Badamlı” mineral və süfrə suları qablaşdırılmasından asılı olaraq 5-50 qəpik aralığında əvvəlkindən daha baha satılır.
Marketlərdən saytımızın əməkdaşına bildirilib ki, 0.5 litirlik sular 50 qəpikdən 55 qəpiyə, 1 litrlik qablarda 80-85 qəpikdən 90-95 qəpiyə, 1.5 litrlik qablaşdırılmış süfrə suları isə 10 qəpik bahalaşdırılaraq 1.05 qəpiyə təklif olunur. Habelə 3, 5, 10, 19 litrlik qablarda olan “Sirab”, “Badamlı” da əvvəlki qiymətlərdən 45-50 qəpik yüksək qiymətə satılır.
“Badamlı”-nın istehsalçı şirkəti ilə əlaqə saxlamaq mümkün olmadı, adıçəkilən şirkətin internet ünvanı da fəaliyyətsizdir.
Xəbəri paylaş



























