"Etalon Hospitalı"nın plastik cərrahı Seymur Məmmədov əməliyyat etmişdi-34 yaşlı qadın öldü

 
17-03-2025, 22:17           
Xəbər verdiyimiz ki, Sumqayıtda 34 yaşlı qadın liposaksiyadan sonra ölüb.
Hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.
Məlumata görə, 1991-ci il təvəllüdlü Pərvanə Afiyəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə aşkarlanıb.
media-etal
Onun fevralın 27-də Bakı şəhərində yerləşən “Etalon hospital”da liposaksiya əməliyyatı etdirdiyi bildirilib.
Əməliyyatı “Etalon hospital”ında plastik cərrahı Seymur Məmmədov edib.  Seymur Məmmədovla əlaqə yaratmağa çalışsaqda köməkçisi doktor hal-hazırda əməliyyatdadır, və heç bir açıqlama verə bilmərik deyə bildirildi.
 
Pərvanə Mirzəyevanın fotosunu təqdim edirik:
media-81
Hüquq -mühafizə orqanları tərəfindən ölüm faktı ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Etalon hospital” direktoru Nizami Mehdizadədir.(xalq.az)
Məsələ ilə bağlı qarşı tərəfindən fikirlərini dərc etməyə hazırıq.







Xəbəri paylaş


 
 


Xəbər lenti