DSMF-yə yeni sədr təyin olundu
16-04-2025, 11:50
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Zəka Aqil oğlu Mirzəyev Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin edilib.Bu barədə Qaynarinfo-ya DSMF-dən məlumat verilib.
Qeyd edək ki, Zəka Mirzəyev 1978-ci ildə anadan olub. 2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb. 2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub.
Xəbəri paylaş



























