"Hacı Mazan" otelini qardaşı oğlundan aldı
16-04-2025, 16:24
"Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalov özünə məxsus "Viləş Palace Hotel"in qanuni təmsilçisini dəyişib. Qaynarinfo-nun məlumatına gör, Zeynalov Vüqar Məhərrəməli oğlu "Viləş Palace Hotel" MMC-nin qanuni təmsilçisiliyindən çıxarılıb. Onun yerinə Bağırlı Samir Eldar oğlu gətirilib.
HƏMÇİNİN BAX:
"Viləş Palace" nağdsız ödənişlərdən imtina edir
Qeyd edək ki, istirahət mərkəzinin rəsmi rəhbərliyindən gedən Vüqar Zeynalov iş adamı Ramazan Zeynalovun qardaşı oğludur. Ötən il istirahət mərkəzində nağdsız ödənişlərin qəbulundan imtina halları baş verdiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vüqar Zeynalova maliyyə sanksiyası tətbiq etmişdi.
HƏMÇİNİN BAX:
"Viləş Palace" dövlətə məxsus əraziləri zəbt edib? - Məhkəmə çəkişməsi
Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti "Viləş Palace Hotel" MMC-ni aralarında yaranamış torpaq mübahisəsinə görə məhkəməyə vermişdi. İddialara görə, otelin yerləşdiyi ərazinin əhəmiyyətli hissəsi dövlətə məxsusdur və həmin ərazi "Viləş Palace Hotel" MMC rəhbərliyi tərəfindən zəbt olunub.
Aydın
Xəbəri paylaş



























