Vüqar Mustafayev kadr islahatına başladı
15-05-2025, 14:44
Müdafiə Sənayesi Nazirliyinə məxsus "Mərkəzi Təminat və Marketinq İdarəsi” MMC-nin direktoru Qabil Eyyubov vəzifəsindən azad edilib.Şirkətə rəhbərlik Soltan Qasımova həvalə olunub.
O, yaxın aylara qədər nazirliyə məxsus "Radioquraşdırma Zavodu" MMC-nin direktoru olub.
Xatırladaq ki, "Mərkəzi Təminat və Marketinq İdarəsi” ölkə Prezidentinin 27 sentyabr 2006-cı il tarixli fərmanı əsasında yaradılıb. İdarənin fəaliyyəti əsasən nazirliyin və onun tabeliyində olan müəssisələrin fəaliyyətlərinin həyata keçirməsini təmin etmək üçün avadanlıq, dəstləşdirici hissələrin və mal-material dəyərlərinin təchizatı ilə bağlı işlər və digər xidmətlərin təşkilindən ibarətdir.//report.az
Xəbəri paylaş



























