Təhsilin HİCRANI: Bu, çox uzun oldu axı... - İLGİNC İDDİALAR...
7-10-2025, 11:58

Bu dəfə isə eyni iddia ilə çıxış edən Muradova Suğra Bağır qızı da redaksiyamıza üz tutaraq işlədiyi kollecin yeni təyin olunan direktoru tərəfindən hüquqpozmaya məruz qaldığını bildirib. Yazır ki, 1991-ci ildən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə işləyir. Bu müddət ərzində heç bir qüsura yol vermədiyinə görə töhmət və inzibati cəza almayıb. Bu il avqust ayının 15-də bir aylıq məzuniyyətə çıxıb. Qayıdandan sonra işə çıxdığı ilk gün səhər saat 8:30-da tabelə qol çəkib. Baxmayaraq ki, rəsmi iş günü saat 9:00-da başlayır, təzə direktor H.Əyyubova işçiləri yarım saat erkən gəlməyə məcbur edir.
“Elə işə yenicə çıxdığım həmin gün saat 10 radələrində Hicran Əyyubova məni kabinetinə çağırıb dedi ki, sən işdən azadsan. Buna qədər mənə heç bir şifahi xəbərdarlıq edilib, nə də SİMA ünvanıma bildiriş gəlib, – deyə Suğra Muradova qeyd edir: – Axırıncı maaşımı əmək haqqı kartıma köçürdülər, sonra da zəng vurub dedilər ki, gəl təhvil-təslim elə. Mən də getməkdən imtina etdim. Dedim axı artıq mən işçi deyiləm ki, təhvil-təslim edəm...”
Şikayətçi həmçinin bildirir ki, təzə rəhbərlik ətrafına öz adamlarını, qohumlarını yığıb kollektivi özbaşına yeniləyir: “Kimini xəbərsiz işdən çıxarır, kiminə də öz xoşu ilə işdən azad olma haqda ərizə yazmağa məcbur edirlər. Hicran Əyyubovanın özü ilə birgə kollecə direktor müavini vəzifəsinə gətirdiyi Gülnar Kərimova direktorun mürtəce kadr siyasətinin həyata keçirilməsi üçün xüsusi canfəşanlıq edir. Gülnar məni dəfələrlə heç bir səbəb olmadan acılayıb. Dürüst işləyənləri, işdən çıxmaq istəməyənləri başqa vasitələrlə, təzyiqlərlə sıxışdırırlar. Əmək haqqına əlavələri vermirlər ki, maddi sıxıntı çəksinlər. Kollektivin köhnə üzvləri sırasından direktora yaltaqlıq edənlər, irəli sürdüyü qeyri-rəsmi şərtlərə əməl edənlər vəzifələrini qoruya bilirlər, hələ ki...”
Nyus.Az
Facebook-da paylaş
Xəbəri paylaş



























