Emin Əmrullayev Məleykə Abbaszadəni “öz meydanında “VURDU” – Qovğa
10-04-2026, 17:04
Elm və təhsil naziri Emin Əmrullayevlə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə arasında qəbul imtahanı ilə bağlı ezop üslubunda qovğa yaşanmaqdadır. Tribuna.az xəbər verir ki, nazir Dövlət İmtahan Mərkəzinin 10 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı qurumun ünvanına replika xarakterli tənqidlər səsləndirib. Emin Əmrullayev qeyd edib ki, qəbul imtahan sualları bəzi hallarda bilikləri yoxlamaq əvəzinə iştirakçıları çaşdırmağa yönəlir. Nazirin sözlərinə görə, imtahan tapşırıqları şagirdlərin real bilik və bacarıqlarını ölçməli, “tələ” xarakteri daşımamalıdır.Ancaq DİM sədri buraxılış imtahanlarından sonra verdiyi müsahibədə sualların heç də çətin olmadığını bildirmişdi. Sitat: “Test tapşırıqlarının çətin olması ilə bağlı bəzi insanlar tərəfindən səsləndirilən mülahizələr doğru deyil. Kimsə iddia edə bilməz ki, imtahan ümumilikdə çətindir və iştirakçıların testlərə cavab vermək imkanları olmayıb”.
Qeyd edək ki, ETN-lə DİM arasında fikir ayrılığı və toqquşma uzun illərdir davam edir. Hələ keçmiş təhsil naziri Misir Mərdanovun dövründən bəri Abbaszadənin rəhbərlik etdiyi strukturla münasibətlərdə tez-tez fikir qarşıdurması yşanıb. Bu dəfə fərq ondadır ki, nazir DİM sədrini “öz evi”ndə – DİM tədbirində “vurdu”. Yəni açıq mesaj verdi ki, qbul imtahanı sualları abituriyentləri aldatmaq, çaşdırmaq məqsədi daşıyır, nəinki elmə, biliyə söykənir…
Xəbəri paylaş



























