Bu fənndən imtahan keçiriləcək

 
Bu gün, 11:50           
Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 3-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.
DİM-dən KONKRET.az-a verilən məlumata görə, həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.
Bildirilib ki, imtahan, ümumilikdə 21 şəhər və rayonda 129 binada təşkil olunacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Qeyd olunub ki, imtahanda ümumilikdə 29182 (Bakıda 20580, Sumqayıtda 1156, Abşeronda 1189, Naxçıvanda 76, Gəncədə 1721, Şəmkirdə 91, Tovuzda 212, Mingəçevirdə 211, Yevlaxda 84, Şəkidə 175, Zaqatalada 350, Balakəndə 231, Qəbələdə 191, Qaxda 188, Bərdədə 235, Göyçayda 232, Şirvanda 360, Lənkəranda 362, Qubada 274, Qusarda 597, Xaçmazda 667) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.
İmtahanın idarə olunması üçün 129 ümumi imtahan rəhbəri, 339 imtahan rəhbəri, 2709 nəzarətçi ayrılıb, 399 buraxılış rejimi əməkdaşı (mühafizə), 129 bina nümayəndəsi ayrılıb.



Xəbəri paylaş


 
 


Xəbər lenti