Gəncədə müəllimlə direktor arasında QALMAQAL... - TƏFƏRRÜAT
5-04-2023, 12:22 125 dəfə baxılıb
Gəncə şəhəri, Muxtar Hacıyev küçəsi, 4-cü döngə, ev 7- də yaşayan Zeynalova Elvira Oruc qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. E.Zeynalova hazırda çalışdığı məktəbin direktoru Nüşabə Məmmədovadan şikayətçidir. Onun redaksiyamıza göndərdiyi müraciəti olduğu kimi oxuculara təqdim edirik:
“Mən, Zeynalova Elvira Oruc qızı, məlumat üçün bildirirəm ki, Gəncə şəhəri İsmət Qayıbov adına 1№-li orta məktəbdə ingilis dili müəllimi kimi çalışıram. Bir müddət öncə məktəbdə dəyişikliklər baş verdi. Belə ki, direktor vəzifəsi təlim-tərbiyə işləri üzrə müavin Nüşabə Məmmədovaya həvalə olundu…
Yeri gəlmişkən bildirim ki, sabiq direktor işdən çıxan gün, daha doğrusu Təhsil Nazirliyindən qəfil yoxlama gələn zaman Nüşabə Məmmədova işdən üzrsüz səbəbdən “yox”a çıxdığına görə şiddətli töhmət alsa da, direktorluğu yenə də ona havalə etdilər.
Az müddət sonra öyrəndik ki, əvvəllər direktorumuz olmuş, sonradan rəhmətə gedən direktorumuzun gəlini Nüşabə Məmmədovanın kürəkəni Gəncə İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsində işləyirmiş. Sən demə, o, Gəncə Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin qohumu, yəni əminəvəsi imişlər. A.Qədiməliyev Təhsil İdarəsinə yeni bir qurum təsis edərək, onu işə götürüb. Bundan sonra Nüşabə Məmmədovanın qabağında durmaqmı olar?!
Mən son dövrlər məktəbdə baş verən qanun pozuntularına dözmədim, direktora iradlarımı bildirməyə başladım. Çünki mən dərs keçdiyim siniflərdə qanunsuzluq artıq ənənə halını almağa başlamışdı. Mən bundan narahat oldum, dedim ki, mən, eləcə də siz bu dövlətin çörəyini yeyirik, bu cür davam etmək olmaz…
Etirazımı bildirməyə başladıqdan sonra Nüşabə Məmmədova özünə yaxın olan bir qrup valideyni toplayıb, məni onların əli ilə təhdid etməyə başladı. Hətta iş o yerə çatdı ki, valideynlərdən birinə məni döydürüb, ata-anama söydürməyə başladı. Səbəb isə həmin valideynin övladının “2” alması olmuşdu.
Ümumiyyətlə, belə bir “tryuk” bu məktəbdə çoxdanın işidir. Onun qayınatası da dediyi pulu vermədikdə şantaja keçirdi. Bundan sonra mən hüquq-mühafizə orqanlarına müraciət etdim və dedim ki, Nüşabə müəllimə kürəkəni Azər İbrahimov Təhsil İdarəsinə vəzifəyə keçən kimi özünü məktəbin ağası saydı. Mənim də etiraz səsimi qaldırmağım onun işinə yaramadı.
Birinci yarım ildən sonra direktor əvəzi olan N.Məmmədova Pedaqoji Şuranın iclasını çağırdı. Hansı ki, orada özü və yaxınları iştirak edirdi. İclasda təhsilin keyfiyyəti, davamiyyət qalır bir yana, deyir “Elvira kim olub ki, mənim kürəkənim Azərin adını çəkir” və mənə özüm olmadan, xəbərdarlıqsız birbaşa şiddətli töhmət verir. Bu zaman Şurada 95 müəllimdən 30-a yaxın müəllim olur. Bəzi müəllimlər etiraz edirlər ki, siz onun özü olmadan bu məsələni müzakirəyə çıxara bilməzsiniz. Hətta Həmkarlar Təşkilatının sədri olan qohumu da ona irad tutur. Lakin N.Məmmədova etirazlara əhəmiyyət vermədən, mənə şiddətli töhmət verir. Mən ondan töhmətlə bağlı AKT-ı tələb etdikdə isə, onu verməkdən imtina etdi.
Mən artıq bu töhmətlə bağlı məsələnin hüquq müstəvisində araşdırılması ilə bağlı müvafiq qurumlara müraciət etmişəm. Gəncə Şəhər Prokurorluğunun müstəntiqi Rəşad Nəbiyev təkcə bu hadisə ilə deyil, 1№ -li məktəbdəki maliyyə pozuntusu ilə bağlı da araşdırma aparıldığı üçün, 15 martda məktəbdə oldu və şəxsən daha bir təpkinin şahidi də oldu…
Mənim etiraz etdiyim şəxslərdən biri də Anar Qədiməliyevin Təhsil İdarəsinə yeni təyin etdiyi Sevinc Quliyevadır. Bu o Sevincdir ki, son iki ayda Gəncə şəhərindəki məktəblərin bufetlərindən “Təhsil fondu” adı ilə 400-700 manat civarında pul yığır. Vermək istəməyənlər, yəni vergi ödəyicisi olan bufet işlədənlər məktəblərə buraxılmadı. Bu yığımla bağlı bir çox mənbələrdən informasiya yayıldıqdan sonra, Sevinc Quliyevanın mənim üstümə hücumu başladı. Sevinc Quliyeva dəfələrlə dinləmə adı ilə mənim sinfimə soxularaq dərsimi pozmaq istədi, lakin mən hər dəfə buna etiraz etdim. Cünki onun dərsimə gəldiyi sinif birinci sinif olmuşdur. Təhsil haqqında təlimata əsasən, birinci sinif şagirdinin psixoloji durumu nöqteyi-nəzərindən dərs dinləməsi aparması qadağandır.
Onu da qeyd edim ki, Sevinc Quliyeva dəfələrlə imtahandan kəsilmişdir. Ayın 18-də növbəti dəfə kəsilməsinə baxmayaraq, hələ də vəzifəsini icra edir.
Daha sonra öyrəndim ki, sonuncu dəfə 29 martda məktəbdə dərs dinləməsinə gələn Sevinc Quliyevanın daha bir məqsədi olmuşdur. Belə ki, Sevinc Quliyeva Gəncə, Göygöl, Naftalan rayonlarında özünə “Göygöl Təhsil Mərkəzi” adlı hazırlıq kursları açmış, adıgedən ərazilərdəki bütün məktəblərə göstəriş verilmişdir ki, şagirdlər məhz bu kursa getsinlər.
Son gəlişinin əsas məqsədi isə ona məxsus tədris mərkəzinə aid biletləri 10 manata 9-11-ci siniflərə satmaq olmuşdur. Biletləri həmin günü satdığına görə, elə oradaca Nüşabə Məmmədovanın xahişi əsasında yenə də məktəbdə mənə hücuma keçdilər.
Dediklərimin təsdiqi ilə bağlı əlimdə faktlar, sübutlar, səs yazıları vardır.
Sonda yazıma əlavə olaraq Gəncə Regional Təhsil İdarəsinin mənə ünvanladığı məktubu olduğu kimi sizə təqdim edirəm. Hansı ki, məktubun sonunda mən işdən uzaqlaşdırmaqla təhdid edilirəm. Odur ki, şikayətimi yuxarı instasiyalara çatdırmağınızı xahiş edirəm”.
Qeyd edək ki, məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə də əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Raminə Məmmədovadanın suallarımıza yazılı cavabını olduğu kimi dərc edirik: “Sizin sorğunuza cavab olaraq bildiririk ki, Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi olan Zeynalova Elvira Oruc qızı ilə bağlı həmin müəllimin tədris apardığı sinfin valideynlərinin müraciəti əsasında Gəncə-Daşkəsın Regional Təhsil İdarəsi tərəfindən müvafiq komissiya yaradılmış və həmin komissiya tərəfindən Z.Elviranın pedaqoji fəaliyyəti yoxlanılmışdır.
Yoxlama zamanı Z.Elvira dərs keçməkdən imtina etmiş və yoxlama üzvlərinə qarşı kobud rəftar edərək məktəbin dəhlizində valideynlərlə kobud şəkildə danışmışdır”.
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. //“Hürriyyət”//

Xəbəri paylaş