Azərbaycanda tələbələrdən nə qədər rüşvət istənilir? - Ekspert danışır

 
20-06-2022, 10:46            73 dəfə baxılıb
Bəzi universitetlərin tələsinə baxın. Deməli, bütün qruplarda 150 ballıq ixtisaslar var. Həmin ixtisasların illik təhsil haqqı ən prestijli ixtisasların bir çoxunun illik təhsil haqqından daha bahadır. Niyə? Çünki, universitetlər bilir ki, 150-200 bal aralığı yığanlar əlacsızlıqdan təki qəbul olum prinsipilə məhz həmin ixtisasları yazacaqlar. Nəticədə universitet qazanacaq”.

DİA.AZ xəbər verir ki, bunu təhsil üzrə ükspert Elçin Əfəndi deyib.

“Bundan əlavə bilirlər ki, 150 ballıq ixtisasa 150-200 bal aralığı nəticə əsasında qəbul olan tələbənin potensialı zəifdir və o, 100% semestr imtahanlarında kəsiləcək. Nəticədə fənn üzrə kredit ödəyəcək. O kredit də universitetin büdcəsinə gedir. Beləliklə, hər iki halda qazanan universitetdir”,-deyə ovurğulayıb.

Qeyd edib ki, IV kursa kimi bitəhər gələn tələbəni dövlət imtahanında 3-5 min almaqla keçirirlər:

“Bir də tələbələri illik təhsil haqları, kəsrlərlə vurmayın! Türkiyəyə arada baxın. Elə universitetləri var ki, təhsil keyfiyyətinə bizim bir çox universitet yaxın gedə bilməz, amma həmin universitetin illik təhsil haqqı 300-700 manat aralığındadı. Bir sözlə, bizim bəzi universitetlərin 1 illik təhsil haqqında Türkiyədə 4 illik təhsil haqqını bağlamaq olar. Belə olan halda vətəndaş da üz tutur Türkiyə və başqa universitetlərə. Sonra da deyirik ki, hamı qaçır xaricdə təhsil almağa. Düz edirlər!”


0



Xəbəri paylaş


 
 


Xəbər lenti