Azərbaycan təhsil xərclərini 2 milyon manat artırır

 
20-06-2022, 12:42            65 dəfə baxılıb
Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən təhsil xərcləri 3 milyard 886,648 milyon manat səviyyəsində müəyyən edilib.
"Əyalətmedia.az" xəbər verir ki, bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir. Bu, təsdiq olunmuş proqnoz ilə müqayisədə 2 milyon manat və ya 0,06 % çoxdur.
Məlumata görə, təhsil xərclərində 377,004 milyon manatı (əvvəlki proqnozla müqayisədə 146 min manat və ya 0,04 % çox) məktəbəqədər təhsil, 2 milyard 091,019 milyon manatı (1,1 milyon manat və ya 0,05 % çox) ümumi təhsil, 63,844 milyon manatı (29 min manat və ya 0,05% çox) peşə təhsili, 87,350 milyon manatı (49 min manat və ya 0,06 % çox) orta ixtisas təhsili, 60,255 milyon manatı (267 min manat və ya 0,4 % çox) ali təhsil, 8,679 milyon manatı (14 min manat və ya 0,2 % çox) əlavə təhsil, 7,021 milyon manatı (5 min manat və ya 0,075 % çox) təhsil sahəsində tətbiqi tədqiqatlar, 1 milyard 191,476 milyon manatı (707 min manat və ya 0,06 % çox) təhsil sahəsində digər müəssisə və tədbirlər üzrə nəzərdə tutulub



Xəbəri paylaş


 
 


Xəbər lenti