"Yeraltı qanunlar"la idarə olunan, direktoru özünü "kriminal avtoritet" kimi aparan 201 saylı məktəbdə nə baş verir? - ŞOK İDDİA -FOTO + VİDEO
11-10-2023, 12:00 141 dəfə baxılıb
Bir millətin gələcəyini məhv etməyin ən asan yolu onun təhsilinə zərbə vurmaq və savadsız cəmiyyətin formalaşmasına nail olmaqdır. Bəli,"Təhsil millətin gələcəyidir". Necə deyərlər, "Qüvvət elmdədir başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz". Azərbaycanın təhsil sahəsində uzun illər dövlət tərəfindən həyata keçirilən islahaltlar nəticəsində ölkədə savadlı kadrların formalaşması geniş vüsət alıb. Bu işdə yeni-yeni məktəblərin tikilərək istifadəyə verilməsi, yaxud yenidən qurulması, həmçinin maddi-texniki bazanın formalaşdırılması mühüm rol oynayıb. Lakin təəssüflə qeyd etməliyik ki, təhsil sahəsində hələ də çox ciddi nöqsanlar mövcuddur və bu problemlərin həll olunmaması gələcəyimizi ciddi təhlükə altına qoya bilər. Belə problemlərdən biri də Bakının Nizami rayonunda yerləşən 201 saylı tam orta məktəbdə tüğyan edir. Hərçənd burada baş verən qanunsuzluqların miqyası o qədər böyükdür ki, adıçəkilən məktəbi elm ocağı adlandırmağa da adamın dili gəlmir. 201 saylı orta məktəb sanki "yeraltı qanunlar"la idarə olunur və direktor Afaq Əliyeva da özünü əməlli-başlı "kriminal avtoritet" kimi aparır. Əlbəttə ki, bu qənaətə biz yox, məktəbin direktor müavini işləyən Svetlana Hüseynova gəlib. Onun iddialarını dinlədikcə adamın damarında qanı donur və bir təhsil ocağında baş verən qanunsuzluqlara göz yumulduğuna inanmaq olmur.
TehsilMedia.az xəbər verir ki, Svetlana Hüseynova direktor Afaq Əliyevanın məktəbi özünün biznes subyektinə çevirdiyini, dövlətin küllü miqdarda malını mənimsədiyini iddia edir. Onun sözlərinə görə Afaq Əliyeva 5 və 6-cı siniflərdə oxuyan şagirdlərin sayını saxta yolla artırmaqla küllü miqdarda büdcə vəsaitini mənimsəyir. Bundan başqa dərsə gəlməyən şagirdlərdən pul alaraq onlara qiymət yazdırır. Bundan başqa iddialara görə, direktorun qanunsuzluqları və özbaşınalıqları barədə açıq-aşkar danışan müəllimləri "şərəfsiz" adlandıraraq onları təhqir etməkdən çəkinmir.
Svetlana Hüseynovanın iddiasına görə, direktor Afaq Əliyevanın göstərişinə əsasən 8r sinfinin sinif rəhbəri Valeh Cəbrayılov dərslərdə iştirak etməyən Məcid Nəsibov adlı şagirdə fənn müəllimlərinin əvəzinəsaxta qiymətlər yazıb. Əvəzində isə rüşvət almaqla məsələni ört-basdır ediblər. Lakin fənn müəllimləri Məcid Nəsibov adlı şagirdi tanımadıqlarını və sözügedən qiymətləndirmənin onlara məxsus olmadığını bildirirlər. Svetlana hüseynova daha öncə direktor əvəzi işləyən Rəhilə Məmmədovanın da Qazaxısrtanda yaşayan şagirdi Həbib Muradovunadının 10r sinfinin jurtnalında saxlanmasına göstəriş verərək büdcədən 2 min manata qədər vəsaitin mənimsənilməsinə şərait yaradıb. Direktor müavini işləyən Svetlana Hüseynova bütün bu özbaşınalıqlarla bağlı Elm və Təhsil naziri Emin Əmrullayevə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevaya və digər aidiyyatı qurumlara müraciət edib. Ümid edirik ki, səsləndirilən iddialarla bağlı 201 saylı orta məktəbdə aidiyyatı qurumlar tərəfindən ciddi araşdırma aparılacaq və qanunpozuntuları aşkarlanacağı təqdirdə vciddi ölçü götürüləcək.
Xatırladaq ki, Bakı şəhəri, Nizami rayonu, 201 nömrəli tam orta məktəb 1964-cü ildən fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus dillərində həyata keçirilir. 2012-ci ildə məktəb “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.
P.S. Yazıda səsləndirilən iddialarla bağlı adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!

Xəbəri paylaş