Sabiq məktəb direktoru rüşvətə görə ev dustağı edilib

 
13-10-2023, 13:11            89 dəfə baxılıb
 Xocavənd rayonunun Qaradağlı kənd orta məktəbinin sabiq direktoru İngilis Tağıyev barəsində cinayət işi başlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İ.Tağıyev direktor işlədiyi müddətdə işçilərdən külli miqdarda rüşvət almaqda ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Yaşı ilə bağlı onun barəsində istintaq dövrü müddətində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, İngilis Tağıyev bir il əvvəl yaş həddi ilə bağlı təqaüdə göndərilib. Bir müddət sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.



Xəbəri paylaş


 
 


Xəbər lenti