Universitetlərlə bağlı qərar: Təhsil haqları artır, maaşlar risk altında…
11-09-2024, 10:58 107 dəfə baxılıb
Azərbaycanda doqquz universitet publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq. Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərara əsasən, bunlar Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti və Azərbaycan Texnologiya Universitetidir. Eləcə də Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universiteti ilə bağlı eyni qərar verilib.
Məsələ ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda dörd ali məktəbin publik hüquqi şəxsə çevrilməsi və yenidən təşkil edilməsi qərarı təhsil sektorunda həyata keçirilən islahatların bir hissəsi kimi görülür:
“Publik hüquqi şəxs statusu təhsil müəssisələrinin idarəetmə və maliyyə müstəqilliyini artırmaq, dövlət vəsaitlərinin səmərəli istifadəsini təmin etmək, tədris prosesinin keyfiyyətini yüksəltmək məqsədi güdür. Publik hüquqi şəxsə çevrilmənin mahiyyəti ondan ibarətdir ki, bu status bir təşkilatın dövlətə bağlı qalmaqla yanaşı, müəyyən dərəcədə müstəqil fəaliyyət göstərməsini təmin edən hüquqi formadır. Belə təşkilatlar dövlətin müəyyən məqsədlərini həyata keçirirlər, eyni zamanda hüquqi, maliyyə və idarəetmə sahələrində müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdirlər”.
Ekspert qeyd edib ki, Azərbaycanda ali məktəblərin publik hüquqi şəxsə çevrilməsi onların dövlət büdcəsindən asılılığını azaltmaq, daha çox maliyyə və idarəetmə müstəqilliyi qazandırmaq məqsədini daşıyır: “Bu yanaşma, eyni zamanda, universitetlərin daha çevik, innovativ və müasir təhsil sisteminə uyğun fəaliyyət göstərməsinə imkan yaradır. Publik hüquqi şəxs statusu, ali məktəblərin maliyyə qərarlarını müstəqil şəkildə qəbul etməsinə və öz resurslarını daha səmərəli istifadə etməsinə imkan verir. Bu, universitetlərə müxtəlif mənbələrdən – tələbə ödənişləri, qrantlar, donor dəstəyi və digər maliyyə mənbələrindən istifadə edərək gəlir əldə etməyə şərait yaradır. Publik hüquqi şəxs statusu universitetlərin idarəetmə prosesində çeviklik təmin edir”.
Onun sözlərinə görə, universitetlər öz strateji planlarını, təhsil proqramlarını və tədris metodlarını daha sürətli və effektiv şəkildə uyğunlaşdıra bilirlər: “Universitetlər öz maliyyə müstəqilliyini əldə etdikdə tədris prosesinə, tədqiqatlara və innovasiyalara daha çox sərmayə yatırmaq imkanı əldə edirlər. Bu, təhsil müəssisələrinin akademik səviyyəsinin və rəqabət qabiliyyətinin artmasına səbəb ola bilər.”
Kamran Əsədovun fikrincə, ali təhsil müəssisələri arasında rəqabət mühitinin yaranması təhsilin keyfiyyətini yüksəltmək üçün stimullaşdırıcı rol oynayır: “Bu rəqabət tələbələrin seçim imkanlarını genişləndirir və təhsil müəssisələrinin özlərini daha yaxşı təqdim etmələrinə imkan yaradır. Maliyyə müstəqilliyi universitetlərə daha innovativ proqramlar yaratmaq, xarici tərəfdaşlarla əməkdaşlıq qurmaq və beynəlxalq tələbə və müəllimləri cəlb etmək üçün daha çox imkan verir.
Universitetlərin maliyyə müstəqilliyi əldə etməsi təhsil haqlarının artmasına səbəb olur. Bu, xüsusən sosial zəif təbəqələrdən olan tələbələrin təhsil alma imkanlarını məhdudlaşdıra bilər. Bəzi universitetlər daha çox maliyyə mənbələri cəlb edərkən, digərləri isə bu resursları əldə etməkdə çətinlik çəkirlər. Bu, təhsil müəssisələri arasında qeyri-bərabərlik yarada bilər. Universitetlərin maliyyə müstəqilliyi artdıqca, onlar kommersiya məqsədli fəaliyyətlərə daha çox diqqət yönəldə bilər ki, bu da tədris və tədqiqatın əsas missiyasını zədələyər”.
Universitetlərin müstəqilliyi, eyni zamanda onlara qarşı daha yüksək akademik və sosial təzyiqlər yarada biləcəyini vurğulayan ekspertə görə, maliyyə müstəqilliyi ilə bağlı problemlər təhsil müəssisələrində iş şəraiti və müəllimlərin maaşları kimi məsələlərdə də risklər yaradır:
“Beləliklə, dörd ali məktəbin publik hüquqi şəxsə çevrilməsi Azərbaycanda təhsil islahatlarının mühüm bir hissəsidir. Bu dəyişiklik universitetlərə maliyyə və idarəetmə azadlığı təmin edərək təhsil keyfiyyətinin yüksəldilməsinə, rəqabət mühitinin formalaşmasına və innovasiyaların tətbiqinə təkan verə bilər. Bununla belə, potensial mənfi tərəfləri də nəzərə almaq və inklüziv təhsil prinsipinə uyğun olaraq hər kəs üçün bərabər təhsil imkanlarını təmin etmək üçün balanslaşdırılmış yanaşma tətbiq etmək vacibdir”.

Xəbəri paylaş