Tovuzda məktəbdə baş verən zəhərlənmə hadisəsinin TƏFƏRRÜATI

 
20-12-2024, 12:36            76 dəfə baxılıb
Tovuz rayonunun Aşağı Quşçu kəndinin 1 nömrəli tam orta məktəbində tüstülənmə nəticəsində baş verən zəhərlənmə ilə bağlı təfərrüat məlum olub.
 
Məktəbin şagirdi Rəbiyə Əhmədova Baku TV-yə açıqlamasında bildirib ki, dərsdə olarkən başqa bir sinifdə sobanın partlaması səsini eşidiblər:
 
"Həmin sinifdəki uşaqları çölə çıxardılar. Bizim sinfimizdə tüstü yox idi. 3 sinifdə tüstü çıxdıqdan sonra hamımızı bayıra çıxardılar. Tüstüyə görə halımız pisləşdi".
 
Hadisə ilə bağlı danışan valideyn Şahlar Quliyev isə zəhərlənən şagirdlərdən bəzilərinin vəziyyətinin yaxşı olmadığını qeyd edib:
 
"Övladım qaça-qaça gəlib dedi ki, soba partlayıb, uşaqlar tüstüdən zəhərləniblər. Yaxınlıqda yaşayırıq. Gələndə gördüm ki, təcili tibbi yardım maşınları məktəbdədir. Valideynlərdən bir neçəsi ilə əlaqə saxlamışam. Deyirlər ki, uşaqların vəziyyəti qənaətbəxş deyil".
 




Xəbəri paylaş


 
 


Xəbər lenti