ATİAHİ-nin Lənkəran RHK sədrinin qanunazidd hərəkətləri...



Əyalətmedia.az: Sosial şəbəkələrdə yazılan şikayətlərə görə, komitə sədri təmsil etdiyi təşkilata və üzvlərinə böyük hörmətsizlik edir.
Qurbətəli Zeynalov Mersedes ML markalı ağ cip olan şəxsi avtomobilə malikdir və qoy sağlığına qismət olsun! Ümid edirəm o bu avtomobili Lənkəran İH-də çalışan oğlunun, sədri olduğu komitədə məsləhətçi işləyən həyat yoldaşının və öz maaşı hesabına alıb. Komitənin Hunday Accent markalı ağ rəngli sedan avtomobilini isə arvadının ixtiyarına verib və o da ayrıca işə gəlir. Dövlətin və müəllimlərin pulunu şəxsi əmlakı bilib ailəvi idarə edən bu adam sözü gedən xidməti avtomobilə kimi sürücü təyin edib bilən yoxdur. Ehtimal budur ki, bu avtomobilin sürücüsü də formaldır və əmək haqqısı mənimsəlinir, bir sözlə üçü birində...
Hansı üzlə və vicdanla minlərlə təhsil işçisinin gözü önündə bunları etmək olar?
Mövzuya qayıdacağıq.(Fakt.info)
Qarşı tərəfin də söz haqqını tanıyırıq.
Xəbəri paylaş