Səfər İsmayılovun əməllərindən nazirin xəbəri varmı?
24-01-2025, 11:41 109 dəfə baxılıb
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeliyində olan müəsisə və təşkilatlatlarda neqotiv hallara yol verilməsi barədə dövrü mətbuatda və elektron mediada kifayət qədər kəskin materiallar dərc olunub, informasiyalar yayilib.Ədliyyə Nazirliyinin tabeliyində olan və ən çox tənqid olunan sahələrdən biri də Notariat ofisləridir.Əyalətmedia.az bildirir ki,dövri mətbuatda bəzi Notariat ofislərində qanunların işləmədiyinə,özbaşınalıqların hökm sürdiyinə tez -tez rast gəlinir. Qanun kağız üzərində qalırsa, işləmirsə, obrazlı desək, “ölü qanun”dursa, nə fərqi, yaxşı, ya da pis qanundur. Əsas odur ki, qanun işləsin və ən əsası hamıya şamil olunsun.
Notariusların hüquq və vəzifələri haqqında qanunda göstərilir ki, Notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərlə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidir. Həmçinin hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir.Notariat haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməsi, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatların gizli saxlamalıdır.Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır.
Redaksiyamıza Lənkəran Rayon 1№-li notariat ofisinin Notariusu Səfər İsmayılov haqqında ilginc informasiyalar daxil olub.Əvvəla bildirək ki, 1№-li notariat ofisi Lənkaran rayon Hacı Zeynalabdin küçəsi 211 ünvanında fəaliyyət gösdərib.Lənkəran regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayandan sonra 1№-li notariat ofisi fəaliyyətini Lənkəran regional “ASAN xidmət” mərkəzində davam etdirir.Bəs görəsən Səfər İsmayılovun əvvəllər əyləşdiyi Lənkaran rayon Hacı Zeynalabdin küçəsi 211 ünvanında yerləşən bina kimə məxsusdur?Bu bina ilə Səfər İsmayılovu hansı əlaqələr birləşdirir?
Daxil olmuş məlumatda bildirilir ki,Səfər İsmayılov müxtəlif internet resurslarında elanlar yerləşdirərək notariat ofisinin yerləşdiyi binanı 5000 AZN-ə icarəyə verir.Bu nəticəyə gəlmək olar ki,notariat ofisinin əvvəllər yerləşdiyi bina elə Səfər İsmayılovun özünə məxsusdur və zamanında bu şəxs "özü-özüylə" icarə müqaviləsi bağlayırmış.Yeni nazir Səfər İsmayılovun fəaliyətini araşdırtdırsa bu deyilənlərin doğru olduğu üzə çıxar.
Onu da qeyd edək ki Səfər İsmayılov mətbuatın gündəminə, oğlunun 90-LR-002 qeydiyyat nişanlı BMW markalı avtomobillə Masallı-Yardımlı-Lənkəran yolunu bağlayaraq şou göstərməklə gəlib.
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Xəbəri paylaş