2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI?
Bu gün, 11:06
6 ildir ki, əməkhaqqıları artmayan neft və qaz sahəsi çalışanlarının sosial durumunun faciəvi həddə olması ilə bağlı dəfələrlə məlumatları təqdim etmişik. Qeyd edək ki, bu məsələni xüsusi diqqətdə saxlayan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı intensiv olaraq aidiyyatı qurumların rəhbər şəxslərinə sıravi SOCAR işçilərinin əməkhaqqı məsələsinə yenidən baxılması təklifi ilə çıxış etməkdədir. Amma hələlik rəsmilər bu barədə susur...Biz isə "DİA-AZ" olaraq SOCAR-a aid daha bir qurumdan anoloji gileyini diqqətinizə təqdim edirik. SOCAR Geologiya və Geofizika idarəsinin işçisi Zaur Dadaşov NHMT-nin sosial şəbəkə hesabında ictimailəşdirdiyi müraciətində belə deyir:"2008-ci ildə SOCAR-da 40 faizlik artım qərarı olsa da, bu qərar SOCAR Geologiya və Geofizika idarəsinin işçilərinə şamil olunmadı.
Bu səbəbdən də mühəndis və fəhlələrin gəlirləri arasında BÖYÜK FƏRQ YARANDI...
Bu ədalətsiz münasibət bonus və peşəkarlıq ödənişlərində də davam edir və kəskin fərqlənir. Xüsusilə şirkətdə Geologiya və Geofizika idarəsinin işçilərinin əməkhaqqılarının artırılması çox vacibdiur. Az maaşla çox iş görürlər. 40 faizlik artımın isə vaxtında verilməməsinə görə araşdırma aparılmalıdır və günahkarlar məsuliyyətə cəlb olunmalıdır, izahat verməlidirlər ki, niyə ayrıseçkilik olunub.
Eyni zamanda fəhlələrə çatası pullar da hesablanıb ödənməlidir..."
Məsələ diqqətimizdədir...
Xəbəri paylaş



























