Vəzifədə əvəzedici olsa da... - ÖZBAŞINA QALIB...

 
Bu gün, 11:50           
Son dövrlər müxtəlif narazılıqlarda adı hallanan direktor Kamal Əhmədov haqqında yeni iddialar gündəmə gəlib. "DİA-AZ" xəbər verir ki, burada söhbət Mingəçevir Turizm Kollecinin direktoru vəzifəsində əvəzedici olan Kamal Əhmədovdan gedir.
İddialara görə, o, yuxarı instansiyalara özünü “işləyən rəhbər” kimi göstərmək üçün kollektiv daxilində ciddi təzyiq mühiti formalaşdırır.
Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir: "Xüsusilə tələbələrin imtahan prosesi, dərs davamiyyəti və digər daxili məsələlərlə bağlı rəhbərliyə ard-arda şikayətlər ötürülür. Bu addımlar isə kollektivdə narahatlıq və qarşıdurma yaratmaq kimi qiymətləndirilir.
Ən diqqətçəkən məqam isə budur ki, yayılan məlumatlara əsasən, Kamal Əhmədovun əsas məqsədlərindən biri vəzifədə mövqeyini daha da gücləndirməkdir. Kollektiv daxilində bəzi şəxslərin bilərəkdən hədəfə alınması və “problemli əməkdaş” obrazının yaradılması ilə bağlı da ciddi narazılıqlar səsləndirilir.
Sağlam iş mühiti yaratmaq əvəzinə, insanlar üzərində nəzarət və təzyiq metodlarının seçilməsi təhsil müəssisəsində münasibətləri daha da gərginləşdirib..."
Əgər bu iddialar doğrudursa, ortaya çox ciddi suallar çıxır: Bir rəhbər özünü göstərmək üçün kollektivini qurban verə bilərmi? Təhsil müəssisəsində idarəçilik qorxu və şikayət mexanizmi üzərində qurulmalıdırmı?
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.








Xəbəri paylaş


 
 


Xəbər lenti