Qazandakı əti kim yeməlidir? –Uşaq bağçalarının monitorinqinə yarım milyon ayrılıb
Bu gün, 13:19

2026-cı ilin dövlət büdcəsində təhsil sektoru yenə də ən iri xərc istiqamətlərindən biri kimi qalır. Xüsusilə uşaq bağçalarına ayrılan pulların real hərəkət trayektoriyası yayğındır. Sual da belədir - bağça pulları hara gedir?
Musavat.com xəbər verir ki, rəsmi bölgülərə əsasən, 2026-cı ildə ümumi təhsil və məktəbəqədər sahəyə təxminən 2 milyard 900 milyon manat vəsait ayrılıb. Bu məbləğin içində bağçalar ayrıca maddə kimi göstərilmir. Amma struktur analiz göstərir ki, məktəbəqədər təhsil bu nəhəng rəqəmin içində ən azı 300-430 milyon manatlıq bir seqment formalaşdırır. Kağız üzərində böyük rəqəmdir. Amma real sistemə baxanda bu vəsaitin necə xərcləndiyi məsələsi aydın deyil. Bağça büdcəsinin əsas hissəsi klassik olaraq üç istiqamətə gedir. Bura əməkhaqqı fondu, qida təminatı, xidmət və təchizat müqavilələri daxildir. Problem odur ki, xüsusilə təchizat və xidmət müqavilələri hissəsi çox vaxt ictimai nəzarətdən kənar, qapalı satınalma mexanizmləri ilə həyata keçirilir. Son illərdə bağçalarla bağlı ən çox müzakirə olunan məqam da elə budur. Keyfiyyət niyə rəqəmlərlə uyğunlaşmır?
Məsələn, bağçalarda qida təminatının monitorinqi kimi xidmətlər üçün yüz minlərlə manatlıq müqavilələr bağlanır. Ən son belə müqavilə üçün Elm və Təhsil Nazirliyi uşaq bağçalarında qida təminatının monitorinqi üzrə xidmətlərinin göstərilməsinə 429 min 118 manat sərf edəcək. Pravda.az-ın xəbərinə görə, xidməti “Depot” MMC göstərəcək. Məsələnin ən maraqlı tərəfi budur ki, Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi şirkətlə bağladığı müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Kağız üzərində bu, uşaqların qida təhlükəsizliyi üçün vacib mexanizmdir. Amma bu monitorinq real nəticə verirmi? Əgər eyni sistemdə vaxtaşırı qida keyfiyyəti, normativ pozuntular və valideyn narazılıqları gündəmə gəlirsə, o zaman monitorinq mexanizminin effektivliyi ayrıca müzakirə mövzusuna çevrilir. Bağça maliyyələşməsinin ən kritik problemi onun strukturunun ictimaiyyət üçün parçalanmış və izlənməsi çətin formatda təqdim olunmasıdır. Ortada ümumi büdcə var, sektor bölgüsü var. Amma konkret layihə axınları çox vaxt görünmür. Milyonlarla manat bağçalara gedir, amma problem pulun miqdarında yox, onun hərəkətinin izahında və ictimai hesabatlılığındadır.
Musavat.com

Xəbəri paylaş