Səki zəbt olundu, ağac qırıldı – Binəqədidə qanunsuzluq pik həddə!-FOTOLAR

 
Bu gün, 10:42           
Bakının Binəqədi rayonunda, “Binəqədi Mall”ın düz yanında, Mədəniyyət evinin yaxınlığında aparılan tikinti işləri artıq açıq-aşkar qanunsuzluq nümunəsinə çevrilib. Ərazidə obyekt tikintisi elə bir şəkildə həyata keçirilir ki, sanki burada nə qanun var, nə nəzarət, nə də nəzarət qurumu.Tikinti aparanlar utanmadan səkini zəbt edib, piyadaların hərəkət hüququnu tapdalayıblar. İnsanların rahat keçidi üçün nəzərdə tutulan ərazi şəxsi maraqlara qurban verilib. Bununla yanaşı, ərazidəki ağac da tamamilə məhv edilib. Görünür, yaşıllığın qorunması ilə bağlı çağırışlar bəzi “işbazlar” üçün sadəcə kağız üzərində qalan söz yığınıdır. Təhlükəli məqam isə tikintidə çalışan fəhlələrin vəziyyətidir. Ortada nə təhlükəsizlik qaydası var, nə qoruyucu dəbilqə, nə xüsusi geyim forması. Sabah burada bədbəxt hadisə baş versə, bunun məsuliyyətini kim daşıyacaq? Tikinti meydançası yox, sanki başlı-başına buraxılmış xaos məkanıdır.Ortaya çox ciddi suallar çıxır:Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hara baxır,Fövqəladə Hallar Nazirliyi niyə susur,Əmlak Xidməti niyə hərəkətə keçmir, Binəqədi Rayon İcra Hakimiyyəti bu biabırçılığı görmürmü,Rayon icra başçısı Elxan Allahverdiyevin bu qanunsuz tikintidən xəbəri varmı? Əgər yoxdursa, bu, idarəçilik adına böyük fiaskodur. Əgər xəbəri varsa və tədbir görülmürsə, onda ortaya daha ağır sual çıxır — bu özbaşınalığa kim himayədarlıq edir?
Sakinlər haqlı olaraq narahatdır. Çünki paytaxtın ortasında qanun bu qədər açıq şəkildə tapdanırsa, deməli bəzi şəxslər özlərini dövlətdən də üstün hesab edir. Dövlət nəzarət qurumları isə ya susur, ya da susdurulur.
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com
   







Xəbəri paylaş


 
 


Xəbər lenti