İranın Hörmüz qərarı- Bundan sonra nə olacaq?

 
Bu gün, 10:41           
İran Hörmüz boğazının rəsmi şəkildə açıldığını elan etdi. Tehran boğaz üzərində keçidlərin İranın formal nəzarəti altında həyata keçiriləcəyini bildirib. Tehran Hörmüz boğazından keçən gəmilər üçün çoxsəviyyəli keçid sistemi tətbiq etməyə başlayıb. Yeni sistem çərçivəsində gəmi keçidlərinə nəzarətin İran tərəfindən həyata keçiriləcəyi bildirilir.
İranın bu qərarı ABŞ ilə gərginliyi yumşalda, Vaşinqtonun mövqeyində dəyişikliyə səbəb ola bilərmi?
Milli Məclisin deputatı Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, İranın Hörmüz boğazı ilə bağlı “rəsmi nəzarət” və çoxsəviyyəli keçid sistemi elan etməsi ilk baxışda eskalasiyanın azalması kimi təqdim olunsa da, əslində, bu addım həm geosiyasi mesaj, həm də strateji təzyiq aləti kimi qiymətləndirilməlidir:
Arzuxan Əlizadə yenidən sədr oldu Pravda.az
“Hörmüz boğazı dünyanın enerji təhlükəsizliyi baxımından ən kritik marşrutlarından biridir və gündəlik qlobal neft daşımalarının böyük hissəsi məhz buradan keçir. Buna görə də Tehran burada “nizamlayıcı güc” rolunu göstərməyə çalışır. ABŞ tərəfindən məsələ iki istiqamətdə qiymətləndirilə bilər. Bir tərəfdən, İranın boğazı tam bağlamaması və keçidlərin davam etdirilməsi Vaşinqton üçün müsbət siqnaldır. Çünki ABŞ və Qərb üçün əsas təhlükə enerji bazarında şok dalğası, neft qiymətlərinin kəskin artımı və beynəlxalq ticarətin pozulmasıdır. İranın “tam blokada” yox, “idarə olunan nəzarət” modelinə keçməsi müəyyən mənada gərginliyin idarəolunan səviyyədə saxlanılması mesajı verir. Bu, ABŞ administrasiyasında diplomatik kanalların tam bağlanmaması fikrini gücləndirə bilər.
Digər tərəfdən, Vaşinqton İranın bu addımını beynəlxalq sularda faktiki hegemonluq cəhdi kimi də görə bilər. ABŞ uzun illərdir Hörmüz boğazında “azad naviqasiya” prinsipini müdafiə edir və İranın formal nəzarət mexanizmi qurması ABŞ Hərbi Dəniz Qüvvələri və müttəfiqləri üçün qəbulolunmaz presedent sayıla bilər. Bu səbəbdən, Vaşinqtonun mövqeyində tam yumşalma yox, daha çox taktiki ehtiyatlılıq yarana bilər”.
Deputatın sözlərinə görə, bu qərarı verməkdə əsas məqam İranın nə etmək istədiyidir:
“Tehran görünür ki, bir neçə məqsədi paralel həyata keçirməyə çalışır. ABŞ-yə göstərmək istəyir ki, regionun enerji təhlükəsizliyi İran nəzərə alınmadan mümkün deyil. Öz daxili auditoriyasına isə “strateji üstünlük bizdədir” mesajı verilir.
Lakin əgər İran keçidlərə selektiv məhdudiyyət tətbiq etsə, müəyyən ölkələrin tankerlərinə üstünlük versə və ya yoxlamaları siyasi alətə çevirsə, bu zaman ABŞ və müttəfiqlərinin reaksiyası sərtləşə bilər. Hazırkı mərhələdə isə daha real görünən ssenari budur ki, tərəflər birbaşa hərbi toqquşmadan qaçmağa çalışacaq, amma qarşılıqlı güc nümayişi davam edəcək”.



Xəbəri paylaş


 
 


Xəbər lenti